<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Qoy bütün insanlar sevinsinlər bizimlə birgə İL357</title>
<lyrics>[V1]
 Qoy bütün insanlar sevinsinlər bizimlə birgə,
 Şadlanırıq bu gün iki gəncin toy məclisində.
 Məhəbbətləri sonsuz olsun ürəklərində,
 Müqəddəs Ruhun sevinci olsun qoy qəlblərində.

[C1]
   Bu toy mübarək olsun,
   Xeyir - dualı olsun,
   Bəy, gəlin xoşbəxt olsun,
   Allahla olsun.

[V2]
 Ömürlük səadət arzularıq biz bu gənclərə,
 Müqəddəs yaşasın bu həyatda onlar birlikdə.
 Allaha şükürlər söyləsinlər dualarında,
 Qazansınlar Göylərin mükafatın Rəbb İsada.</lyrics>
<hymn_number>357</hymn_number>
</song>